Şirkətimiz zəngin təcrübəyə və ixtisaslaşmış kadrlara malik ixtisaslaşdırılmış məsləhət şirkətidir. MBM CONSULTİNG MMC zəngin təcrübələrini bölüşmək üçün öz müştərilərinə yüksək peşəkarlıq və tam məxfilik əsasında outsourcing şəklində mühasibat xidmətlərini təklif edir. Müştərilərimiz bizim xidmətlərimizdən istifadə etməklə idarəetmə və maliyyə xərclərinə maksimum qənaət edərək əsas diqqətlərini şəxsi bizneslərinin inkişafına yönəltmək imkanı əldə edirlər. Biz xidmət göstərdiyimiz şirkətlərin gündəlik və maliyyə dövründəki bütün əməliyyatlarının mühasibat və vergi uçotu tələblərinə uyğunluğunu təmin edən və qarşılıqlı-praktiki və dəstəkləyici həlləri özündə birləşdirən bütün mühasibat xidmətlərini təklif edirik.
Bizim mütəxəssislər sizin xüsusi təşkilati tələblərinizi anlamağa qadirdilər və rəhbərliyin birbaşa nəzarəti altında işləyirlər. Bizim tərəfimizdən təmin edilən xidmət növləri aşağıdakılardır:
• Gündəlik əməliyyatların (invoysların, elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların, ödəniş tapşırıqlarının hazırlanması) həyata keçirilməsi;
• Əməliyyatların təhlil edilməsi, riskli əməliyyatlarla bağlı vaxtında məlumatın verilməsi;
• 1 C proqram təminatında əməliyyatların, gəlir və xərclərin qeydiyyatının aparılması;
• Mühasibatlıq xidmətləri və Maliyyə hesabatları, vergi qanunvericiliyi və maliyyə sahəsində məsləhətlərin verilməsi Vergi, məcburi dövlət sosial sığorta, statistika və məşğulluq hesabatlarının hazırlanması;
• Maliyyə hesabatlarının hazırlanması;
Məqsədimiz müştərilərin biznes fəaliyyətinin uğurlu təşkilinə və fəaliyyətinin uğurlu davamına imkan verən yüksək keyfiyyətli mühasibat uçotu, audit, vergi, konsaltinq və qiymətləndirmə sahəsində bütün növ xidmətlərin göstərilməsi və onların hüquq və maraqlarının dövlət, qeyri-dövlət və digər strukturlarda müdafiəsidir.